Milli komanda

Millimiz Avstriyaya yollandı

Futbol üzrə milli komandamız bu gün Avstriyaya təlim-məşq toplanışına yola düşüb.

İdmanxeber.com-un məlumatına görə, Robert Prosineçkinin rəhbərlik etdiyi komanda iyununun 3-də hazırlıq prosesini başa vuracaq. İyunun 10-da isə millimiz Bakıda Şimali İrlandiya komandası ilə DÇ-2018-in seçmə matçına çıxacaq.

Prosineçki bu oyun üçün Bakı və Avstriyada təşkil edilən hazırlıq prosesinə 26 futbolçu dəvət edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43