Milli komanda

Millimiz ərəbləri səfərdə məğlub etdi

Bu gün Azərbaycan millisi yoldaşlıq görüşünə çıxıb.

İdmanxeber.az-ın məlumatına görə, millimiz Bəhreynlə qarşılaşıb. Bəhreyn Milli Stadionunda keçirilən matçda qapılara 5 qol vurulub. İlk hissəsi heç-heçə başa çatan (1:1) matçın ikinci yarısında millimiz daha iki qol vuraraq qələbə qazanıb.

Komandamız oktyabrın 13-də AVRO-2020-nin seçmə mərhələsində Macarıstan millisinin qonağı olacaq.

Yoldaşlıq oyunu

9 oktyabr

20:30. Bəhreyn – Azərbaycan – 2:3
Qollar: 
Rahman, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Saad, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3)
Bəhreyn milli stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43