Milli komanda

Millimiz Belarusa uduzdu- cavab oyunu olacaq

Belarusda təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Belarus yığması ilə qarşılaşıb. Qarşılaşma 2:1 hesabı ilə belaruslu futzalçıların xeyrinə başa çatıb. Azərbaycan millisinin qolunu Fineo De Araujo vurub.

Bu gün Bakı vaxtı ilə saat 20:00-da bu komandalar arasında daha bir yoldaşlıq oyunu keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43