İdman

Millimiz Belarusa uduzdu

Minskdə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 2:3 hesabı ilə uduzub. Rəqib hər üç qolu penalti zərbəsindən vurub.  U-17-nin heyətində isə Rauf Məhərrəmovla Musa Qurbanlı fərqlənib.

Oyunla bağlı yığmanın baş məşqçisi Ramin Quliyev AFFA-nın saytına fikirlərini bildirib: “Belarus yığması ilə oyun oyunçularımızın beynəlxalq təcrübəsini artırmaq üçün çox yaxşı fürsət idi. Pis mübarizə aparmadıq, yetərincə qol imkanlarımız oldu. Müdafiə xəttində problemlərimiz var. Müdafiəçilərimiz sadə oyun epizodunda 3 dəfə 11 metrlik cərimə zərbəsi ilə yekunlaşan səhvə yol verdi. İlk növbətə müdafə xəttini gücləndirmək barədə düşünməliyik”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43