Milli komanda

Millimiz Belarusla iki dəfə qarşılaşacaq

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə 2 yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un AFFA-nın rəsmi saytına istinadə verdiyi məlumata görə, qarşılaşmalar iyunun 8-də və 10-da Bakı Olimpiya Stadionunun əsas meydanında təşkil olunacaq.

Hər iki oyun saat 19:00-da başlayacaq.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43