Milli komanda

Millimiz Belarusla oyuna qara sarğı ilə çıxacaq

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün son oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşacaq millimiz 20 yanvar – Ümumxalq hüzn günü ilə əlaqədar meydana qara sarğı ilə çıxacaq.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43