Milli komanda

Millimiz Belarusla qarşılaşacaq

FIFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 29-cu ənənəvi beynəlxalq turnirdə 1999-cu il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması 9-10-cu yerlər uğrunda mübarizəsini davam etdirir.

İdmanxeber.com-un məlumatına görə,  Estoniyaya qalib gələn (3:0) millimizin növbəti rəqibi bəlli olub. Təbriz Həsənovun yetirmələri 9-cu yer uğrunda oyunda Belarusla qarşılaşacaq.

9-12-ci yerlər uğrunda matçda Moldovaya qalib gələn belaruslar millimizə rəqib olub. Qarşılaşma yanvarın 20-də Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43