Ölkə futbolu

Millimiz Belfastdakı oyunun cavabını artıqlaması ilə verdi – YENİLƏNİB

Bu gün milli komandamız DÇ 2014-ün seçmə mərhələsi çərçivəsində doğma azarkeşlər önündə Şimali İrlandiya yığmasını qəbul edəcək.

F qrupunda qərarlaşan millimiz seçmə mərhələdə 9-cu oyununu keçirəcək.

İlk oyunda səfərdən 1:1 hesablı bərabərliklə ilə ayrılan millimizin bu oyunda qalib gəlmək üçün çalışacağı şübhəsizdir. Şanslarımız azdır, amma qələbə qazansaq qrup sonunculuğundan qurtula bilərik.

Maçt saat 21:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız indiyədək keçirdiyi 8 oyundan 5 xal toplayıb və qrup sonuncusudur. Şimali İrlandiya isə 6 xalla 4-cü pillədə qərarlaşıb.

 

F qrupu

"DÇ-2014"ün seçmə mərhələsinin oyunları

21:00. Azərbaycan – Şimali İrlandiya 2:0
QOLL:
Rüfət Dadaşov, 58, Mahir Şükürov 90+

Hakimlər: Andrea De Marko, Rikardo Di Fiore, Alessandro Giallatini, Mauro Berqonzi (İtaliya).

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43