20 Sentyabr 2024
İdman

Millimiz beynəlxalq turnirdə 1/4 finala vəsiqə qazandı

3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Qəbələ mərhələsinin ilk gününə yekun vurulub.

İdnabxeber.az xəbər verir ki, A qrupunda yer alan və keçirdiyi üç görüşdən birində qələbə qazanıb, ikisində məğlub olan Azərbaycan millisi 1/4 final mərhələsinə yüksəlib.

Komandamızın bu mərhələdəki rəqibi B qrupunun ikincisi “Barselona Panters” olacaq.

Yığmamızla eyni qrupda yer alan digər təmsilçimiz “Baku Fleyms” klubu isə hər üç görüşdə uduzaraq turnirlə vidalaşıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43