Kateqoriyasız

Millimiz Bolqarıstana məğlub oldu

Bolqarıstanın Sliven şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə növbəti yoxlama oyununu keçirib. Qarşılışma 2:1 hesabı ilə Bolqarıstan yığmasının xeyrinə başa çatıb. Yığmamızın heyətində Kamran Quliyev fərqlənib.

Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilən oyunda 0:0 hesablı heç-heçə qeydə alınmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43