Milli komanda

Millimiz Bolqarıstanı cavabsız qollarla məğlub etdi (VİDEOYAZI)

FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnirdə 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, yığmamız ikinci matçında Bolqarıstanın U-19 komandası ilə qarşılaşıb.

Matç millimizin qələbəsi ilə başa çatıb – 2:0.

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVIII ənənəvi beynəlxalq turnir

C qrupu, II tur

6 yanvar

Azərbaycan (U-17) – Bolqarıstan (U-19) – 2:0 
Qollar: Gülər Mətin, 68, İbrahim Qədirzadə, 90+4
Peterburqski İdman-Konsert Kompleksi.

Azərbaycan: 1. Murad Popov, 2. Hüseyin Seyliqli, 3. Ricat Qarayev, 4. Yusif Həsənov (20. İsmayıl Babayev, 80), 5. Elçin Əsədov (k), 7. Fərid Nəbiyev (17. Arziman Rizvanov, 90), 8. Güler Metin (16. Süleyman Əhmədov, 84), 9. Doğukan Öksüz, 10. Pilağa Mehdiyev, 11. Murad Mahmudov (6. İbrahim Qədirzadə, 80), 15. Ceyhun Muxtarlı (18. Murat Cem Akpınar, 46).

Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 22. Şahin Zəkiyev, 14. Bahadur Həziyev, 19. Aslan Bədəlzadə.

Baş məşqçi: Təbriz Həsənov.

Bolqarıstan: 1. Dimitar Şeytanov (k), 3. Borislav Vakadinov (4. Georgi Kostev, 73), 8. Dimitar Kostadinov (19. Valentin Antov, 46), 10. Nikolay Yankov (9. Stanislav İvanov, 46), 11. İvan Tilev (7. Aleksandar Zlatkov, 62), 13. Kaloyan Krestev, 14. Andrea Xristov, 15. Petko Xristov, 16. Dimitar İliyev, 17. İvan Mitrev (6. İliya Yurukov, 59), 20. Kiril Nikolov (18. Anqel Anqelov, 73).

Ehtiyat oyunçular: 12. Petar Petrov, 2. Eqe Revat, 5. Aleksandar Bastunov.

Baş məşqçi: Viktorio Pavlov.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43