Ölkə futbolu

Millimiz Bolqarıstanı rahat keçdi

Bu gün Macarıstanda çimərlik futbolu üzrə Avropa Liqasının təsnifat mərhələsi start götürüb. 
İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, milli komandamız da ilk oyununa çıxıb.
 
Bolqarıstan yığması ilə qarşılaşan millimiz 7:2 hesabı ilə qələbə qazanıb. Orxan Məmmədovun het-trik, Sabir Allahquliyevin isə dubl etdiyi oyunda hərəyə 1 dəfə Əbdül Əliyev və Hikmət Bağırov fərqlənib.

Millimiz növbəti oyununu avqustun 13-də Danimarka yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 14:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43