Ölkə futbolu

Millimiz böyükhesablı qələbə qazanıb

17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunu keçirib. 


İdmanxeber.com-un məlumatına görə, Gürcüstanın 19 yaşadək futbolçulardan ibarət yığması ilə qarşılaşan 


millimiz 3:0 hesablı qələbə qazanıb.


Komandamızın qollarını Rövşanə Sərdarlı, Vüsalə Seyfəddinova və Ayşən Əhmədova vurub.


Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş oyunda da millimiz qələbə qazanıb – 2:0.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43