Ölkə futbolu

Millimiz bu dəfə “Atletiko” ilə heç-heçə etdi

İspaniyada təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. “Atletiko” (Madrid) klubunun U-16 komandasına qarşı keçirilmiş oyun 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Bahadur Həziyev fərqlənib.

Xocalı qurbanlarının xatirəsinin yad olunması üçün oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43