Kateqoriyasız

Millimiz bu dəfə bacarmadı

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirdə iştirak edən 1997-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması bu gün növbəti oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, futbolçularımız ikinci qrup mərhələsinin H qrupunda Sankt-Peterburq komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 16:30-da (Bakı vaxtı ilə saat 17:30) başlayacaq.

7 yanvar

H qrupu, I tur

17:30. Sankt-Peterburq – Azərbaycan – 4:2 
Qollar: Nikita Andreyev, 9 (1:0), Mahir Mədətov, 25 (1:1), Roman Starikov, 54 (2:1), Artyom Ponikarov, 57 (3:1), İlkin Sadıqov, 68 (3:2), Sergey İvanov, 90 (4:2) 
Peterburq İdman Konsert Kompleksi

Azərbaycan: 1. Ağaseyid Qasımov, 5. Renat Ağaverdiyev, 7. Mahir Mədətov, 8. Emin Zamanov, 10. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 18. Elvin Sərkərov, 20. Roman Hüseynov, 21. İlkin Sadıqov, 23. Elgün Uluxanov, 27. Bəhlul Mustafazadə (k)
 
Ehtiyat oyunçular: 12.Tolqa Şahin, 2. Sertan Taşkın, 3. Elməddin Məmmədov, 6. Əlibəy Məmmədli, 9. Şahban Cəbrayılov, 11. Umar Akmurzayev, 17. Fərid Kərimzadə, 24. Ayxan Əsədov
 
Sankt-Peterburq: 1. Mixail Kizeev, 2. Maykov Daniil, 6. Roman Starikov (k), 11. Nikita Andreyev, 12. İvan İqnatenko, 14. İlya İvanov, 15. Aleksey Kosolapov, 17. Daniil Qaribov, 18. Mixail Slaşyov, 19. Artyom Vodyannikov, 20. Aleksey Kuçero
 
Ehtiyat oyunçular: 16. Andrey Storojevskiy, 3. İqor Smirnov, 4. Vadim Romanov, 5. Vadim Kruqovoy, 7. Artyom Ponikarov, 8. Nikita Novopaşin, 9. Nikita Tyaqlo, 10. David Martirosyan, 13. Sergey İvanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43