18 Oktyabr 2024
Milli komanda Ölkə futbolu

Millimiz bu gün 1/4 final matçına çıxır: Oyuna necə baxaq?

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində minifutbol üzrə Avropa çempionatı davam edir.

İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan milli komandası bu gün 1/4 final görüşünə çıxacaq.

Elşad Quliyevin rəhbərlik etdiyi komanda Qazaxıstanla qarşılaşacaq.

Oyun Bakı vaxtı ilə 19:00-da başlayacaq və İdman TV kanalında canlı yayımlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43