İdman

Millimiz bu gün Gürcüstanla qarşılaşır

Azərbaycanın futzal millisi bu gün növbəti beynəlxalq yoldaşlıq oyununu keçirəcək.

İdmanxeber.az məlumat verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Tiflis İdman Sarayında Gürcüstan yığması ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Millimiz iki gün əvvəl bu rəqibə 2:3 hesabı ilə uduzub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43