İdman

Millimiz bu gün ikinci oyununa çıxacaq

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün DÇ-2027-nin seçmə mərhələsində ikinci oyununa çıxacaq.

İdmanxeber.az məlumat verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi kollektiv Avropa zonası üzrə 1-ci seçmə mərhələdə Kosovonu qəbul edəcək.

İlk görüşdə səfərdə İsveçrəyə (53:72) məğlub olan yığmamız ilk qələbəsini qazanmağa çalışacaq.

DÇ-2027-nin seçmə mərhələsi
A qrupu
25 fevral

14:00. Azərbaycan – Kosovo
“Sərhədçi” Olimpiya İdman Mərkəzi


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43