Milli komanda

Millimiz Dubayda qalib gəldi

Dubay şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirlikləri yığması ilə yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, qarşılaşma 3:2 hesabı ilə millimizin xeyrinə başa çatıb. Komandamızın qollarını Aysun Əliyeva, Nigar Cəlilli və Sevinc Cəfərzadə vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43