İdman

Millimiz dünyada 36-cı, Avropada 16-cı oldu

Çimərlik futbolu Beynəlxalq Federasiyası yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycanın çimərlik futbolu üzrə yığma komandası dünyanın 91 komandası arasında 36-cı yerdə qərarlaşıb.

Ölkəmizin hesabında 294 reytinq xalı var. Azərbaycan Avropa ölkələri arasında 16-cı yerdədi.

Reytinq cədvəlinə Rusiya (2685 xal) başçılıq edirsə, Braziliya (2090) ikinci, İsveçrə (1611) üçüncüdü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43