20 Sentyabr 2024
İdman

Millimiz Ermənistanı məğlub etdi

Kişilərdən ibarət 3X3 basketbol üzrə Azərbaycan millisi Kosovonun paytaxtı Priştinada keçirilən Avropa Kubokunun təsnifat mərhələsinə qələbə ilə start verib.

İdmanxeber.az-ın məlumatına görə, yığma ilk matçında Ermənistan seçməsi ilə üz-üzə gəlib.

Komandamız rəqibini 21:9 hesabı ilə üstələyib.

Qeyd edək ki, Azərbaycan millisi bu gün Kosovo və Kiprlə də üz-üzə gələcək. Qadınlardan ibarət yığma isə Malta və Lüksemburqu sınağa çəkəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43