İdman

Millimiz Ermənistana qalib gəldi

Kişilərdən ibarət həndbol üzrə milli komandamız Bolqarıstanda keçirilən “Challenge Trophy”də növbəti görüşünə çıxıb.

İdmanxeber.com-un məlumatına görə, yığmamız 9-16-cı yerlər uğrunda ilk görüşündə Ermənistan millisi ilə qarşılaşıb. Həndbolçularımız rəqibini 39:21 hesabı ilə məğlub edib.

Qeyd edək ki, qrup mərhələsində Andorranı məğlub edən (31:22) Azərbaycan millisi, Bolqarıstan (34:41) və Kiprə uduzduğundan medal qazanmaq şansını itirib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43