İdman

Millimiz Estoniyanı darmadağın etdi

Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Estoniyanın U-19 komandası ilə qarşılaşan millimiz 5:2 hesabı ilə qalib gəlib. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıqov fərqlənib.

Qeyd edək ki, bu komandalar arasında martın 25-də keçirilən yoldaşlıq görüşündə hesab açılmamışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43