İdman

Millimiz “Fənərbağça”nın akademiyasında təlim-məşq toplanışını başa vurdu

13 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi Türkiyənin “Fənərbağça” klubunun akademiyasında təlim-məşq toplanışını başa vurub.

İdmanxeber.az-ın məlumata görə, baş məşqçi Vasili Mçedlişvilinin rəhbərlik etdiyi yığma hazırlıq prosesində yerli klublarla yoxlama oyunları da keçirib.

Toplanışda əsas məqsəd bu gün İstanbul şəhərində start götürən “Avropa Gənc Basketbol Liqası” turnirinə hazırlaşmaq idi.

U-13 sözügedən yarışda Türkiyənin “Baxçaşəhər”, “Saudiyə”, İstanbul Akademiyası” və Rumıniyanın “Dan Dacian” klublarının müvafiq yaş qrupundan ibarət kollektivləri ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43