Milli komanda

Millimiz FİFA reytinqində 9 pillə gerilədi

FİFA milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan millisi 9 pillə geriləyib. Belə ki, "Avro-2016"nın seçmə mərhələsində Norveçə 0:1 hesabı ilə uduzan komandamız 135-ci pillədə qərarlaşıb.

Siyahıya "DÇ-2014"ün qalibi Almaniya millisi başçılıq edir. Mundialın gümüş mükafatçısı Argentina yığması ikinci, Kolumbiya isə üçüncü olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43