Ölkə futbolu

Millimiz FİFA reytinqində irəlilədi

FİFA dünya yığmalarının yeni reytinq siyahısını açıqlayıb.

İdmanxeber.com-un məlumatına görə, Azərbaycan siyahıda 3 pillə irəliləyib.

Robert Prosineçkinin rəhbərlik etdiyi komanda hazırda 133-cü pillədə qərarlaşıb. Millinin aktivində 252 xal var.

Siyahıya 1646 xalla Argentina yığması başçılıq edir. İkinci pillə isə aktivində 1369 xal olan Belçika yığmasına məxsusdur. DÇ-2018-in seçmə qrup mərhələsində Azərbaycan millisinin rəqibi olan Almaniya bir pillə irəliləyərək 1347 xalla üçüncü pillədədir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43