Milli komanda

Millimiz FİFA reytinqində mövqeyini qorudu

Milli komandaların yanvar ayı üçün yeni reytinq cədvəli açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, ötən ay tərtib olunan siyahıda cüzi dəyişikliklər olub. Son siyahıdan sonra heç bir rəsmi matça çıxmayan millimizin də xal və mövqeyi dəyişməz qalıb. Ötən ay olduğu kimi, bu ay da komandamızın aktivində 386 xal var.

Bu nəticə ilə millimiz 90-cı pillədə qalıb. Ancaq artıq Toqo millisi yığmamıza çatıb. Eyni xala malik komandalar 90-cı pilləyə şərikdi.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya (3-cü),  Şimali İrlandiya (32-ci),  Çexiya (43-cü), və San Marinonun da  (202-ci) mövqeyi dəyişməyib. Yalnız  Norveç bir pillə geriləyərək 84-cü yerə düşüb.

Qeyd edək ki, siyahıya 1634 xalla Argentina millisi başçılıq edir. Braziliya 1544 xalla ikincidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43