Kateqoriyasız

Millimiz Finlandiyaya uduzdu – YENİLƏNİB

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirib.

İdmanxeber.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv səfərdə Finlandiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Oyunun 48-ci dəqiqəsində millinin hücumçusu Musa Qurbanlı penaltidən yararlana bilməyib.

Avropa çempionatı, U-21

7 iyun

17:00 Finlandiya – Azərbaycan – 3:0
Qol: 
N.Skitta, 50, O,Antman, 55, A.Sadiku, 80


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43