Milli komanda

Millimiz Finlandiya ilə heç-heçə etdi

21 yaşlılardan ibarət Azərbaycan milli komandası Avro-2023-ün seçmə mərhələsində növbəti oyununu keçirib.

İdmanxeber.az-ın məlumatına görə, Milan Obradoviçin rəhbərlik etdiyi komanda Finlandiya ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb – 1:1.

Qeyd edək ki, yığma hazırda turnir cədvəlində sonuncu – 5-ci pillədə qərarlaşıb. Finlandiya isə 4 xalla 4-cüdür.

AVRO-2023

8 oktyabr

20:30. Azərbaycan – Finlandiya 1:1
Baş hakim: Viktor Şimusik (Belarus)
Sumqayıt. “Kapital Bank Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43