Milli komanda

Millimiz Fransa önündə bir hissə tab gətirdi – YENİLƏNİB

Bu gün 19 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raundu start götürür.

İdmanxeber.com-un məlumatına görə, qrupun matçları Fransada keçirilir və milli komandamız ilk matçını məhz meydan sahiblərinə qarşı keçirəcək. 

Qrupun digər matçında isə İngiltərə və Danimarka yığmaları qarşılaşacaq.

Qeyd edək ki, AÇ-2015-in final mərhələsi 6-19 iyul aralığında Yunanıstanda keçiriləcək.

26 mart

21:00. İngiltərə – Danimarka 3:2

Hakimlər: Marko Quida, Andrea Krispo (hər ikisi İtaliya), Stefan Luzi, Benoi Millo (hər ikisi Fransa)

Bayo. “Anri Jane” stadionu.

22:30. Fransa – Azərbaycan 2:0

Qollar: Koman, 61, 90

Hakimlər: Nikola Dabanoviç, Corcjije Raznatoviç (hər ikisi Çernoqoriya), Vital Yobin, Andrien Yakkottet (hər ikisi İsveçrə)

Sent-Lo. "Luis Villemer" stadionu


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43