İdman

Millimiz Fransaya məğlub oldu

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsində Azərbaycan millisi dünən ilk oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Fransa yığması ilə qarşılaşan futbolçularımız 2:3 hesabı ilə məğlub olub. Komandamızın qollarını Asif Zeynalov və İlkin Hacıyev vurub.

Millimiz turnirdə növbəti oyununu sentyabrın 4-də Macarıstan yığmasına qarşı keçirəcək. Qarşılaşma saat 12:15-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43