12 Noyabr 2019
Milli komanda

Millimiz gerilədi – FİFA reytinqində

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

İdmanxeber.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, ötən ayla müqayisədə Azərbaycan milli komandası iki pillə geriləyib. Millimiz 1189 xalla 111-ci pillədə qərarlaşıb.

Millimizin Avro-2020-nin seçmə mərhələsindəki rəqiblərindən Xorvatiya (1631) 7-ci (+1),  Uels (1524) 24-cü (-1), Slovakiya (1493) 31-ci (-2), Macarıstan isə (1429) 50-ci (0) pillədə yer alıb.

Qeyd edək ki, siyahıya 1755 xalla Belçika başçılıq edir.Fransa 1726 xalla ikinci pilləyə yüksəlib. Braziliya 1715 xalla üçüncüdür.

Oxşar xəbərlər

Malta – Azərbaycan matçının keçiriləcəyi stadion bəlli oldu

admin

Vasili Berezutski: “Azərbaycan millisi taktiki cəhətdən yaxşı komandadır”

admin

Millimizin baş məşqçisi: “Bizi finala bərabər oyun gözləyir”

admin