Milli komanda

Millimiz Gürcüstana qalib gəldi

Tbilisidə təlim-məşq toplanışında olan futbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Gürcüstan yığma komandası ilə yoldaşlıq oyunu keçirib.

İdmanxeber.com-un məlumatına görə, Sona Rəhimovanın vurduğu qol sayəsində yığmamız 1:0 hesabı ilə qələbə qazanıb.

Xatırladaq ki, bu komandalar arasında keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43