20 Sentyabr 2024
İdman

Millimiz Gürcüstanla heç-heçə etdi

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komandayla yoldaşlıq görüşündə iştirak edir.

İdmanxeber.az-ın məlumatına görə, Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət yığma ilk oyun günündə ağ fiqurlarla mübarizə aparıb.

Bütün partiyalar heç-heçə başa çatıb – 2,5:2,5.

Razılaşmaya əsasən, şahmatçılar 5 tur çərçivəsində bir-biriylə mübarizə aparacaq.

Qeyd edək ki, qarşılaşma rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanacaq. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43