Milli komanda

Millimiz həlledici oyuna çıxır

FIFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXIX ənənəvi beynəlxalq turnirdə 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün qrup mərhələsinin son oyununu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, yığmamız Slovakiyanın müvafiq yaş qrupuna aid komandası ilə qarşılaşacaq. Peterburqski İdman-Konsert Kompleksində keçiriləcək oyun yerli vaxtla saat 14:15-də (Bakı vaxtı ilə saat 15:15) başlayacaq.

Xatırladaq ki, bu matç millimiz üçün həlledici əhəmiyyətə malikdir. Belə ki, yığmamız 1/4 finala yüksəlmək üçün mütləq Slovakiyanı məğlub etməlidir. Bunun üçün Litva da Qazaxıstana uduzmamalıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43