Milli komanda

Millimiz Hollandiyaya qarşı

Avropa çempionatının əsas mərhələsində çıxış edən 19 yaşadək futzalçılardan ibarət Azərbaycan yığması bu gün ikinci oyununa çıxacaq.

Komandamız Sloveniyadakı Podçetrtek İdman Sarayında keçiriləcək görüşdə Hollandiya ilə qarşılaşacaq.

Qeyd edək ki, yığmamız ilk görüşdə Kiprə 1:7 hesabı ilə uduzub. Hollandiya isə Sloveniyaya 5:4 hesabı ilə qalib gəlib.

28 mart

Avropa çempionatının əsas mərhələsi

19:30. Hollandiya – Azərbaycan


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43