Ölkə futbolu

Millimiz iki yoxlama oyunu oynayacaq

Bu gündən etibarən Kiyevdə təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət yığmamız iki yoxlama oyunu keçirəcək.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Ukraynanın müvafiq yaş qrupundan ibarət komandası ilə yoldaşlıq oyunları keçirəcək.

Görüşlər sentyabrın 18-də və 20-də, yerli vaxtla saat 16:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43