16 Sentyabr 2024
İdman

Millimiz ikinci oyunda məğlub oldu

Bu gün 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının Qəbələ mərhələsinə start verilib.

İdmanxeber.az-ın məlumatına görə, A qrupunda yer alan millimiz bu gün ikinci görüşünə çıxıb. Komandamız Portuqaliya millisi ilə qarşılaşıb. Matç rəqibin 21:13 hesablı qələbəsi ilə sona çatıb.

Xatırladaq ki, Azərbaycan qrupda Portuqaliya, “Baku Flames” və “Varşava Lotto” komandaları ilə birgə yer alıb.

Qeyd edək ki, Qəbələ mərhələsinin açılış oyununda yığmamız “Baku Flames” klubunu 21:6 hesabı ilə məğlub edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43