Milli komanda

Millimiz ilk xalını qazandı

Valentin Qranatkinin xatirəsinə həsr olunmuş turnirdə 19 yaşadək futbolçulardan ibarət milli komandamız bu gün ikinci oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, milli komandamız Qazaxıstan yığmasıyla qarşılaşıb. Matç 2:2 hesablı bərabərliklə başa çatıb. Bununla da, milli komandamız aktivinə ilk xalını yazdırıb.

Qeyd edək ki, milli komandamız qrupda son oyununu 2 gün sonra – yanvarın 13-ü keçirəcək.

13:00.  Qazaxıstan – Azərbaycan – 2:2

Qollar: Dinmuxammed Kaşken, 18-pen (1:0), Rafael Məhərrəmli, 45+2 (1:1), Danil Kuznetsov, 53 (2:1), Fərid Nəbiyev, 82 (2:2)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43