İdman

Millimiz İranla qarşılaşacaq

Avropa çempionatının final mərhələsinə hazırlığını davam etdirən futzal üzrə Azərbaycan millisi iki yoldaşlıq oyunu keçirəcək.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yığma komandamız yanvarın 23-də və 24-də İran millisi ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək hər iki oyun saat 21:00-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43