İdman

Millimiz İspaniya və Türkiyə ilə qarşılaşacaq

Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda çıxış edəcək Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz İspaniya, İsveçrə və Türkiyə yığmaları ilə qarşılaşacaq:

7 sentyabr

14:45.İspaniya – Azərbaycan

 

8 sentyabr 

16:00.İsveçrə – Azərbaycan

 

9 sentyabr 

14:45.Azərbaycan – Türkiyə

 

Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43