Kateqoriyasız

Millimiz İsveçrə və Ukraynaya rəqib oldu

Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının taliyanın Katanya şəhərində keçiriləcək Dünya Çimərlik Oyunlarındakı (Anoc World Beach Games) rəqibləri məlum olub.

“İdmanxeber” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığma Ukrayna və İsveçrə kollektivləri ilə qarşılaşacaq. Oyunların dəqiq tarixləri barədə daha sonra əlavə məlumat veriləcək.

Qeyd edək ki, Oyunlar 27 avqust – 5 sentyabrda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43