Kateqoriyasız

Millimiz İsveçrəyə uduzdu

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi komandası bu gün Avropa çempionatının seçmə mərhələsində sonuncu oyununu keçirib.

Milan Obradoviçin baş məşqçi olduğu komanda səfərdə İsveçrə ilə üz-üzə gəlib və 1:2 hesabı ilə uduzub.

2-ci qrupun digər matçlarına gəldikdə, Gürcüstan Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib, Lixtenşteyn isə Fransaya uduzur – 0:2.

22:00. İsveçrə – Azərbaycan – 2:1
Qollar
: Bastien Toma, 49, Filip Stojilkoviç, 90+1 – Ozan Can Kökcü, 22
Baş hakim: Kaspar Syiberq (İsveç)
Tyun. “Tyun Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43