Milli komanda

Millimiz İsveçrəyə uduzdu – Yenilənib

Azərbaycan U-21 millisi bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda İsveçrə yığması ilə qarşılaşacaq. Sumqayıtda keçiriləcək matç saat 20:00-da start götürəcək.

İlk turda Lixtenşteynə uduzan (0:1) milli Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub. Cəmi 3 xalı olan komandamız qrup sonuncusudu.

15 oktyabr

20:00. Azərbaycan U-21- İsveçrə U-21 – 0:1
Qol:
 N.Bayrami, 33
Baş hakim: Novak Simoviç (Serbiya)
“Sumqayıt Arena”


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43