Kateqoriyasız

Millimiz Kipri məğlub edə bilmədi

Bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində növbəti oyunlar keçiriləcək.

İdmanxeber.az-ın məlumatına görə, milli komamdamız da növbəti oyununa çıxacaq.

De Byazinin başçılıq etdiyi komanda Albaniyada Kipri qonaq edəcək.

Albaniyanın Elbasan şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xatırladaq ki, Dağlıq Qarabağdakı hadisələr səbəbindən Bakıda keçirilməli olan oyun neytral meydana salınıb.

Əlavə edək ki, qrupun digər oyununda Monteneqro Lüksemburqu qəbul edəcək.

13 oktyabr

Millətlər Liqası

C liqası, 44-cü tur

20:00. Azərbaycan – Kipr – 0:0
Baş hakim:
 Fran Yoviç (Xorvatiya)
Elbasan (Albaniya). “Elbasan Arena”

27-ci dəqiqədə millimizin üzvü Qara Qarayev penaltini dəqiq yerinə yetirə bilməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43