21 Oktyabr 2020
Milli komanda

Millimiz Kiprlə oyuna qara sarğıda çıxacaq

Milli komandamız UEFA Millətlər Liqasının 4-cü turunda Kiprlə keçiriləcək oyuna qara sarğı ilə çıxacaq.

İdmanxeber.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu addım Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq atılacaq.

Qeyd edək ki, Azərbaycan – Kipr matçı oktyabrın 13-də Albaniyanın Elbasan şəhər stadionunda təşkil olunacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Baş məşqçinin köməkçiləri müəyyənləşib

admin

Millimiz həlledici oyuna çıxır

admin

Millimizin üzvü “Fənərbaxça” yolunda

admin