Ölkə futbolu

Millimiz Latviyanı məğlub etdi

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVI turnirdə 1996-97-cı il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığması növbəti matçına çıxıb.

Millimiz bu dəfə Latviya yığması ilə üz-üzə gəlib.Bu cütün qalibi turniri 13-cü yerdə başa vurmaq uğrunda oyunda iştirak edəcəkdi. Əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə cütün taleyinə penaltilər seriyasında aydınlıq gəlib. Burada daha dəqiq oynayan yığmamız qələbə qazanıb.

Xatırladaq ki, turnir çərçivəsində yığmamız ilk oyununu yanvarın 4-də Yunanıstan komandasına qarşı keçirib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Futbolçularımız ikinci qarşılaşmada çexiyalı həmyaşıdlarına 0:2 hesabı ilə məğlub olub. Son görüşündə Yaponiyaya 1:4 hesabı ilə uduzan millimiz qrupu 4-cü pillədə başa vurub.

9 yanvar

14:15. Azərbaycan – Latviya – 1:1 (Penaltilər seriyası – 3:0)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43