16 Sentyabr 2024
İdman

Millimiz Litvanı məğlub etdi

Azərbaycanın qadınlardan ibarət həndbol millisi 2024-cü ildə təşkil olunacaq Avropa çempionatının seçmə mərhələsində növbəti matçına çıxıb.

İdmanxeber.az məlumat verir ki, Bakı İdman Sarayında Litvanı sınağa çəkən yığma rəqibinə 35:33 hesabı ilə qalib gəlib.

5-ci qrupda yer alan komandamız daha əvvəl Şimali Makedoniya (17:40) və İspaniyaya (18:38) uduzub.

Yığmamız 4-cü tur çərçivəsində martın 3-də Litvanın qonağı olacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43