Milli komanda

Millimiz məğlubiyyətlə başladı – DÇ

Futzal üzrə Azərbaycan millisi dünya çempionatının elit-raund mərhələsində ilk oyununu keçirib.

Yığma Xorvatiya ilə üz-üzə gəlib. Görüş Osieyk şəhərindəki “Qradski vrt Arena”da keçirilib və meydan sahiblərinin 2:0 hesablı qələbəsiylə başa çatıb.

C qrupunun digər oyununda Rusiya Slovakiyanı 7:1 hesabı ilə məğlub edib.

Milli növbəti oyununu bu gün Bakı vaxtı ilə 20:00-da Rusiya yığmasına qarşı keçirəcək.

Elit-raundda qrup qalibi olacaq 4 komanda birbaşa dünya çempionatına yüksələcək. İkinci pillənin sahibləri isə isə “pley-off”da üz-üzə gələcəklər.

Futzal. DÇ elit-raund

29 yanvar

23:00. Xorvatiya – Azərbaycan – 2:0
Hakimlər: Angelo Galante, Nicola Manzione, Alessandro Malfer (hamısı İtaliya)
Osiek (Xorvatiya),  “Qradski vrt Arena”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43