İdman

Millimiz Macarıstana da məğlub oldu

Çimərlik futbolu üzrə Azərbaycan yığması dünya çempionatının ikinci seçmə mərhələsi çərçivəsində bu gün son oyununa çıxıb.

İdmanxeber.com-un məlumatına görə, komandamız həlledici görüşdə Macarıstanla qarşılaşıb. Əvvəlki iki oyunda olduğu kimi, millimiz bu oyundan da məğlub ayrılıb.

Azərbaycan – Macarıstan – 3:4 (0:0, 1:0, 2:3, 0:1)

Qollar: Renat Sultanov, 16 (1:0), Əli Hüseynov, 25 (2:0), Viktor Fekete, 26 (2:1), Mark Uqi, 28 (2:2), Laslo Berkeş, 36 (2:3), Ferents Beseney, 36-öz qapısına (3:3), 39 (3:4).

Qeyd edək ki, yığmamız bundan öncə İngiltərəyə 4:5, İsveçrəyə 2:4 hesabıyla uduzmuşdu.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43